Goranboy rayonunun Qaradağlı kəndində bərpa olunmuş kəhriz yerli icmaya təhvil verilib
Bakı, 8 dekabr, AZƏRTAC
Goranboy rayonunun Qaradağlı kəndi ərazisində yerləşən Karvansara kəhrizi bərpa edilərək yerli icmanın istifadəsinə verilib.
Layihə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində reallaşıb.
Miqrasiya Təşkilatından AZƏRTAC-a bildirilib ki, uzunluğu 1037 metr və 17 quyudan ibarət olan kəhriz layihə çərçivəsində bərpa edilmiş ən uzun su mənbəyidir. Kəhriz 50 ailə təsərrüfatına məxsus 68 hektar əkinə yararlı torpaq sahəsini suvarma suyu ilə təmin edəcək və bu, kənd təsərrüfatında məhsuldarlığın artmasına və əhalinin gəlirlərinin artmasına töhfə verəcək. Karvansara kəhriz suyunun laborator analizi onun içməli su kimi də istifadəyə yararlı olduğunu təsdiq edib.
BMqT-nin Azərbaycan nümayəndəliyi KOICA-nın dəstəklədiyi layihə çərçivəsində indiyədək Ağdam, Füzuli, Cəbrayıl, Goranboy, Göygöl, Qazax və Şəmkir rayonları ərazisində 30 kəhrizi bərpa edərək yerli icmaların istifadəsinə verib.
İsmayıllıda meşə massivində qanunsuz ağac kəsən 8 nəfər müəyyən olunub
Polis zabiti avtomobil qəzasında həlak olub
COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
Ukraynada çalışan azərbaycanlı həkim: Hadrutda kölgəsində böyüdüyüm çinarı tapdım...