Bakı, Sumqayıt və Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib
Bakı, 8 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödəniləcək.
Bu gün Bakının 549 küçəsi yuyulub
“E-sosial” mobil tətbiqi vasitəsilə e-qaydada artıq 49 min əmək müqaviləsi imzalanıb