×
A
A
A
Sazlamalar

Bakı metrosundan bu il 830-dan çox fiziki məhdudiyyətli şəxs istifadə edib

Bakı, 8 dekabr, AZƏRTAC

Noyabr ayında Bakı metrosunda “Əlçatan metro” layihəsi üzrə xidmətdən 94 sərnişin istifadə edib. Ötən 11 ay ərzində bu xidmətdən faydalananların sayı rekord həddə çataraq 837 sərnişin olub.
"Bakı Metropoliteni" QSC-dən AZƏRTAC-a bildirilib ki, sifariş verdikdən sonra noyabr ayında 1 sərnişin, 11 ay ərzində cəmi 8 nəfər xidmətdən imtina edib. Qeyd edək ki, 2022-ci il ərzində əlçatan metro layihəsindən 689 nəfər istifadə etmişdi.
Qeyd edək ki, “Əlçatan metro” layihəsinə 2019-cu ilin aprel ayından başlanılıb. Xidmət metropolitendən istifadə imkanları məhdud olan şəxslər üçün yaradılıb. Xidməti əlil arabası istifadəçiləri ilə yanaşı, görmə və eşitmə qabiliyyəti məhdud, ahıl və yaşlı olanlar, habelə uşaq arabası ilə hərəkət edənlər də sifariş edə bilərlər.
Sərnişin fəallığının artması səbəbilə metropolitendə eskalator üçün nəzərdə tutulmuş iki yeni daşıma qurğusu da istifadəyə verilib.

 

İqtisadiyyat 2023-12-08 15:30:00