×
A
A
A
Sazlamalar

Gəncə terrorunda valideynlərini itirən Sevilin nikah mərasimi olub

Gəncə, 8 dekabr, E.Məmmədov, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin oktyabrın 11-i gecə saatlarında Gəncəni raket atəşinə tutması nəticəsində ata və anasını itirən Sevil Əliyevanın nikah mərasimi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sevil bir məhəllədə yaşadığı və onu dağıntılar altından xilas edən Talış Şərifovla ailə həyatı qurub.
Hər iki gənc Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələridir.
Sevili və azyaşlı qardaşını nənəsi himayəsinə götürüb.

Regionlar 2023-12-08 14:55:00