“Sürünənlərin Darevskia cinsində partenogenez hadisəsi” - BDU-da elmi seminar
Bakı, 8 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Təbiətin davamlı harmoniyası” klubunun üzvləri Hüseyn Qədirov və Amin Nurəliyevin “Sürünənlərin Darevskia cinsində partenogenez hadisəsi” mövzusunda seminarı keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Seminarda “Təbiətin davamlı harmoniyası” klubunun rəhbəri Əbülfəz Tağıyev qeyd edib ki, kərtənkələlərin Darevskia cinsinə aid nümayəndələri Qafqazın endem növləri olub, partenogenez (bu zaman yeni orqanizm mayalanmamış yumurta hüceyrədən inkişaf edir) yolu ilə çoxalır.
Sonra çıxış edənlər mövzu ilə bağlı geniş məlumat veriblər. Bildirilib ki, Darevskia cinsində partenogenez tez-tez təsadüf edilən hibridləşmənin nadir və spesifik nəticəsidir. Bu da obliqat partenogenezinə təbiətdə nadir hallarda rast gəlinməsinin əsas səbəbidir.
Biologiya fakültəsinin dekanı Afət Məmmədova təqdim edilmiş elmi faktların əhəmiyyətini vurğulayıb, bu mövzuda araşdırmaların molekulyar səviyyədə davam etdirilməsini təklif edib.
Seminar müzakirələrlə davam edib.
AMEA-nın Gəncə Bölməsinin elmi və təşkilati fəaliyyətinə dair hesabatı dinlənilib
AMEA-nın Qafqazşünaslıq İnstitutunun fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib
BDU-nun tələbə və məzunları “Maarifçi” təcrübə proqramında uğurlu nəticələr göstəriblər