×
A
A
A
Sazlamalar

Şəki Dövlət Dram Teatrı bayram günlərində uşaqları yeni tamaşa ilə sevindirəcək

Şəki, 8 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki Dövlət Dram Teatrında Yeni il bayramı münasibətilə uşaqlar üçün “Qrinçin Yeni il sərgüzəşti” adlı nağıl-tamaşa hazırlanır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib.
Səhnə əsərinin personajı mağarada yaşayan Qrinç Yeni il bayramına nifrət edir. Buna görə o, Quyl kəndinin sakinlərinin bayram əhvali-ruhiyyəsini pozmaq qərarını verir, Maks adlı iti ilə bərabər öz planlarını həyata keçirir. Amma sonda Şaxta babanın köməyi ilə hər şey qaydasına düşür.
Tamaşanın quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, baletmeysteri Çingiz Novruzəliyev, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Fərahim Fətəliyev, Fidan Lətifova, Rəsul Məmmədrəhimov, Nazilə İmamhüseynova, Rəşad Rüstəmov, Elvin Mabudov, Pərviz İsmayılov, İlkin Rüstəmov, Nərmin Nəbiyeva, Aytac İsmayılzadə, Qurban Rəsulov, Arzu Mustafayeva, Nərmin Abbasova, Günay Novruzəliyeva, Azad Məmmədov, Samirə Abdullayeva ifa edirlər.
Teatrda Yeni il şənlikləri dekabrın 25-dən yanvarın 4-dək davam edəcək.

Regionlar 2023-12-08 14:36:00