Türkiyə Prezidenti: Fransa Ermənistana yaxşılıq etmir, əksinə ona pislik edir
Bakı, 8 dekabr, AZƏRTAC
Fransanın Ermənistana zirehli şəxsi heyət daşıyan texnika göndərməsi, sadəcə, təhrikedicidir. Fransa bunu bilməlidir ki, Ermənistana yaxşılıq etmir, əksinə ona pislik edir.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfərdən qayıdarkən türkiyəli jurnalistlərə müsahibəsində deyib. O əlavə edib: “Əldə edilən sülh fürsətini dəyərləndirmək və onu yanlış istiqamətə yönləndirən ölkələrin toruna düşməmək Ermənistanın maraqlarına uyğun olardı”.
Azərbaycanın xarici işlər naziri Maltanın paytaxtı Valettaya işgüzar səfərə yola düşüb
RF Dövlət Duması Bakıda keçirilən COP29-un yüksək səviyyədə təşkilini qeyd edib