×
A
A
A
Sazlamalar

Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk turun oyunlarının keçirilmə vaxtı açıqlanıb

Bakı, 8 dekabr, AZƏRTAC

Qadın voleybolçular arasında Azərbaycan çempionatında birinci turun oyunlarının keçirilmə vaxtı bəlli olub.
AZƏRTAC xəbər verir ki, vaxtı dəyişdirilmiş iki matçın hər biri dekabrın 9-da oynanılacaq.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları üz-üzə gələcəklər. Görüş saat 15:00-da start götürəcək.
Turun digər matçı isə “Azərreyl” və UNEC komandaları arasında olacaq. “Murov Az Terminal”ın idman zalında baş tutacaq bu qarşılaşma saat 19:00-da başlayacaq.

İdman 2023-12-08 14:20:00