Almaniya Polşa, Çexiya və İsveçrə ilə sərhəd nəzarətini yenidən uzadacaq
Bakı, 8 dekabr, AZƏRTAC
Almaniya Polşa, Çexiya və İsveçrə ilə sərhəddə stasionar nəzarəti daha iki ay - 2024-cü ilin fevralınadək uzadacaq.
AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın daxili işlər naziri Nensi Fezer “Rheinische Post” qəzetinə müsahibəsində deyib. “Sərhədi qanunsuz keçmək üçün insan həyatını təhlükə altına qoyanlara qarşı apardığımız mübarizə effektiv olub”, - deyə Nensi Fezer bildirib.
Nəzarət cari il oktyabrın 16-da tətbiq edilib və sonuncu dəfə dekabrın 15-dək uzadılıb. Son iki ay ərzində 3 min 300 qanunsuz sərhəd keçidinin qarşısı alınıb.
Almaniyanın miqrasiya və qaçqınlarin işi üzrə federal idarəsinin məlumatına görə, 2023-cü ilin əvvəlindən noyabrın sonunadək ölkəyə 300 mindən çox mühacir daxil olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 60 faiz çoxdur.
2023-cü ilin payızında Almaniya Nazirlər Kabineti miqrasiya qanunlarını sərtləşdirən bir sıra tədbirlər həyata keçirib. Hazırda mühacirlər standart sosial müavinət almaq üçün ölkədə əvvəlkindən 18 ay çox - 36 ay yaşamalı olacaqlar. Eyni zamanda, əcnəbilərin pulu xaricdəki qohumlarına göndərməməsi və Almaniyada xərcləməsi üçün müavinətlər debet kartına köçürüləcək. Sığınacaq üçün müraciətlərə baxılma müddətləri azaldılacaq və müraciəti rədd edilən şəxslərin deportasiyası asanlaşdırılacaq.
Türkiyə ordusu Suriya və İraqın şimalında 21 terrorçunu məhv edib
Serdar Ünsal: Qanlı Yanvar cinayətini törədənlərin məsuliyyətə cəlbetmə müddəti yoxdur
Blinkenin jurnalisti mətbuat konfransından zorla uzaqlaşdırması sərt tənqid edilir