Naxçıvanda oftalmologiyaya həsr olunmuş regional konfrans və tibbi aksiya keçirilir
Naxçıvan, 8 dekabr, AZƏRTAC
Naxçıvan şəhərində Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 12-ci Regional Konfransı və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin tibbi aksiyası keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan MR Mərkəzi Xəstəxanasında keçirilən konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır. Konfransda Naxçıvanın və mərkəzin həkim heyəti də iştirak edir.
Tibbi aksiyanın məqsədi isə operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə olunan nəticələri müzakirə etməkdir.
Aksiya Naxçıvan Mərkəzi Xəstəxanasında keçiriləcək.
Naxçıvanda probasiya sahəsi üzrə daxil olan işlər 8 faiz artıb
Oğuzda avtomobil yoldan çıxaraq aşıb, xəsarət alanlar var
Bərdədə ilkin tibbi-sanitariya yardımı ilə bağlı pilot layihəyə başlanılır
Qəbələdə göldə batdığı ehtimal edilən şəxsin axtarışları davam edir VİDEO
Naxçıvan karateçiləri “Arpaçay Open” turnirindən medallarla qayıdıblar