×
A
A
A
Sazlamalar

“Sumqayıt” - “Qarabağ” matçı ilə Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək

Bakı, 8 dekabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XVI tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günü bir matç keçiriləcək.
Turnir cədvəlində 23 xalla üçüncü pillədə qərarlaşan “Sumqayıt” 32 xalla lider olan “Qarabağ”ı qəbul edəcək. Bu, həm də turun mərkəzi qarşılaşmasıdır.
“Kapital Bank Arena”da keçiriləcək matç 15:00-da start götürəcək.
Qeyd edək ki, XVI turun “Qəbələ” - “Kəpəz”, “Zirə” - “Araz-Naxçıvan” oyunları dekabrın 9-da, “Sabah” - “Səbail”, “Neftçi” - “Turan Tovuz” qarşılaşmaları isə dekabrın 10-da oynanılacaq.

 

 

İdman 2023-12-08 10:30:00