×
A
A
A
Sazlamalar

Boks üzrə Azərbaycan çempionatında finalçılar və bürünc medalçılar müəyyənləşib

Bakı, 7 dekabr, AZƏRTAC

Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 41 komandanın 167 idmançısının iştirakı ilə təşkil edilən yarışın beşinci günündə yarımfinal görüşləri baş tutub.
13 çəki dərəcəsində 26 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Yığmanın əsas heyət üzvləri inamlı qələbə sayəsində həlledici döyüşə vəsiqə qazanıblar. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, çempionatda final döyüşləri dekabrın 8-də keçiriləcək. Boks Mərkəzində təşkil olunan yarışın həlledici görüşlərinə saat 14:00-da start veriləcək. Finallar “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan çempionatı
1/2 final
48 kiloqram
Qardaşxan Həsənov (Ağcabədi) – Tural Sarıyev (“Neftçi” İK) – 0:5
Həsən Məlikov (“Neftçi” İK) – Yusif Soltanov (“Qara papaq” İK) – birinci qalib gəlib

51 kiloqram
Əli Fətullayev (Şamaxı-Uğur K) – Ağasəlim Mustafazadə (“Qızıl əlcək” İK) – 0:5
Yadigar Əliyev (“Səbail” İK) – Məsud Yusifzadə (BFL) – 0:5

54 kiloqram
Ruslan Qədirov (MİK) – Nihat Abdullayev (“Qızıl əlcək” İK) – 5:0
Amin Məmmədzadə (“Qızıl əlcək” İK) – Mirzağa Hüseynli (“Cənub” İK) – 5:0

57 kiloqram
Kamil Babayev (METE) – Şamil Əsgərov (“Neftçi” İK) – birinci qalib gəlib
Ümid Rüstəmov (DİN İC) – Emil Quliyev (UGM-13) – birinci tam üstünlüklə qalib gəlib

60 kiloqram
Maqsud Xasmetov (“Neftçi” İK) – Aslan Quliyev (Z-1 İK) – 5:0
Elbrus Adıgözəlov (“Qəbələ” İK) – Fərid Sadıqov (“Neftçi” İK) – 5:0

63,5 kiloqram
Malik Həsənov (“Neftçi” İK) – Ruslan Rüstəmov (BFL) – 4:1
Heybətulla Hacıəliyev (BFL) – Tayfur Əliyev (MİK) – 0:4

67 kiloqram
Nəbi İsgəndərov (“Neftçi” İK) – İlqar Salahov (Qəbələ) – 5:0
Cavid Çələbiyev (“Qızıl əlcək” İK) – Pərviz Quliyev (Ağcabədi) – birinci tam üstünlüklə qalib gəlib

71 kiloqram
Mirşərif Kazımzadə (“Neftçi” İK) – Nicat Məmmədov (“Qızıl əlcək” İK) – 5:0
Elnur Abdullazadə (“Neftçi” İK) – Sərxan Əliyev (MİK) – 0:5

75 kiloqram
Novruzəli Quliyev (MİK) – Rasim Çobanlı (MİK) – 0:5
Elnur Süleymanov (“Neftçi” İK) – Kamran Şahsuvarlı (“Qəbələ” İK) – 2:3

80 kiloqram
Devid Oloboye (Naxçıvan MR) – Fəqan Məmmədov (AzTU) – 0:5
Sərxan Budaqov (“Qızıl əlcək” İK) – Cabbar İsmayılov (Sumqayıt) – 5:0

86 kiloqram
Seyid Seyidov (“Qızıl əlcək” İK) – Vətən Hüseynli (DİN İC) – 5:0
Eldar Quliyev (“Neftçi” İK) – Tural Useynov (“Neftçi” İK) – birinci tam üstünlüklə qalib gəlib

92 kiloqram
Rauf Rəhimov (“Neftçi” İK) – Rüfət Nəbiyev (DİN İC) – 5:0
Tural Həsənov (“Qızıl əlcək” İK) – Mirxəyal Məmmədov (Gəncə) – Meraj Tağıyev (Sabirabad) – 3:2

+92 kiloqram
İsa Sulxayev (Zaqatala) – Pərviz Rəsulov (“Zərbə” BK) – birinci döyüşə gəlməyib
İsmayıl Yaqubov (“Səbail” İK) – Yohanes Nuriyev (MİK) – ikinci tam üstünlüklə qalib gəlib.

İdman 2023-12-07 22:55:00