İran HDQ nümayəndə heyəti hərbi institutu və “N” hərbi hissəsini ziyarət edib
Bakı, 7 dekabr, AZƏRTAC
Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İraninin rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu və Azərbaycan HDQ-nin "N" hərbi hissəsini ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hərbi instituta gələn nümayəndə heyəti əvvəlcə Ümummilli Lider Heydər Əliyevin institutun ərazisindəki abidəsi önünə gül dəstələri düzərək ehtiram nümayiş etdirib.
Qonaqlara hərbi institutun yaranma tarixi və fəaliyyəti ilə bağlı brifinq təqdim olunub.
Müxtəlif kafedralar və kursantların tədris prosesi ilə tanışlıqdan sonra iranlı nümayəndələrə HDQ-nin "N" hərbi hissəsində şəxsi heyətlə keçirilən döyüş hazırlığı tədbirləri barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO