×
A
A
A
Sazlamalar

Gürcüstan ilə ABŞ arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Tbilisi, 6 dekabr, AZƏRTAC

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ABŞ Dövlət katibinin köməkçisinin müavini Coş Hak ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Müdafiə Nazirliyində keçirilən görüşdə iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində strateji əməkdaşlıq məsələləri müzakirə edilib. Qlobal və regional təhlükəsizlik çağırışları diqqət mərkəzində olub.
Görüşdə Gürcüstanın NATO-ya inteqrasiya yolunda əldə etdiyi irəliləyişlər, bu ölkənin beynəlxalq təhlükəsizliyin təmin olunmasına verdiyi mühüm töhfə barədə də fikir mübadiləsi aparılıb.
Söhbət zamanı, həmçinin Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində atılan addımlar və inkişaf planlarına toxunulub. ABŞ-ın artan xarici hərbi maliyyələşdirməsinin və birgə beynəlxalq təlimlərin əhəmiyyəti qeyd olunub.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2023-12-06 14:50:00