Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan müraciətlər son dörd ildə üç dəfə artıb
Bakı, 6 dekabr, AZƏRTAC
“Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə hər il təqribən 400-ə yaxın müraciət daxil olur. Hər bir müraciət nəzarətə götürülür, zərər çəkmiş şəxslərə dəstək məqsədilə dövlət orqanları arasında əlaqələndirmə həyata keçirilir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Komitəsinin sədri Bahar Muradova “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.
O qeyd edib ki, aparılan genişmiqyaslı məlumatlandırıcı və maarifləndirici tədbirlər məişət zorakılığı hallarının daha çox aşkar edilməsinə təkan verib: “Təkcə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan müraciətlər son dörd ildə üç dəfə artıb. Belə ki, 2020-ci ildə 178, 2023-cü ildə 11 ayında isə 550 müraciət daxil olub”.
“BİRLİK” regional festivalları uğurla yekunlaşıb
Britaniyalı supermodel Bakı səfəri haqqında paylaşım edib
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində Reza Deqati ilə görüş keçirilib
Əkin sahələrinin sığortası zamanı sığorta haqqı necə hesablanır?