Vüqar Həşimov Memorialının loqosu “Alov qüllələri”ndə əks olunur
Bakı, 6 dekabr, AZƏRTAC
Sayca doqquzuncu dəfə keçiriləcək şahmat üzrə Vüqar Həşimov Memorialının loqosu Bakının mərkəzində nümayiş etdirilir.
Turnirin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, loqo paytaxtın ən hündür və əzəmətli binalarından birində - “Alov qüllələri”ndə əks olunur.
Memorialın loqosunu paytaxt sakinləri axşam saatlarında dekabrın 12-dək izləyə biləcəklər.
Qeyd edək ki, bu il yarış ilk dəfə Qəbələdə baş tutacaq. Turnirin açılış mərasimi dekabrın 8-də Heydər Əliyev Konqres Mərkəzində təşkil olunacaq.
Azərbaycan idmançılarının V Dünya Köçəri Oyunlarındakı mübarizəsi: uğurlar və çətinliklər
Şəhid jurnalistlərin xatirəsinə həsr olunan üçüncü futbol turnirinin püşkatma mərasimi olub VİDEO
Azərbaycanın yeniyetmə şahmatçısı: Məqsədim milli komandada çıxış etməkdir
Azərbaycanın daha bir idmançısı V Dünya Köçəri Oyunlarında fəxri kürsüyə qalxıb
Azərbaycanın iki idmançısı V Dünya Köçəri Oyunlarında bürünc medal qazanıb