×
A
A
A
Sazlamalar

AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb

Bakı, 6 dekabr, AZƏRTAC

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan yeni təyinat alıb.
AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçular arasında təşkil olunan Çempionlar Liqasının B qrupunun üçüncü turunda keçiriləcək “Sankt-Polten” (Avstriya) – “Slaviya Praqa” (Çexiya) qarşılaşmasının UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma dekabrın 13-də oynanılacaq.

İdman 2023-12-06 10:49:00