×
A
A
A
Sazlamalar

Müdafiə naziri misirli həmkarı ilə görüşüb

Azərbaycan və Misir arasında hərbi-texniki sahələrdə əməkdaşlıq müzakirə edilib

Bakı, 5 dekabr, AZƏRTAC

"EDEX 2023" beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Misir Ərəb Respublikasının müdafiə naziri general-polkovnik Mohamed Ahmed Zaki ilə görüşüb.
Azərbaycanın Misirdəki səfiri Elxan Poluxovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Ordu 2023-12-05 16:54:00