Aydın Kərimov: Şuşaya 2026-cı ilin sonuna qədər iki min ailə köçürüləcək
Zəngilan, 5 dekabr, Eyyub Ələsgərov, AZƏRTAC
Böyük Qayıdış Proqramına əsasən, Şuşaya 2026-cı ilin sonuna qədər iki min ailə köçürüləcək. İlk 370 ailə isə gələn il birinci rübün sonunadək Şuşada məskunlaşacaq.
Bunu AZƏRTAC-ın Zəngilana ezam olunan müxbirinə eksklüziv müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
Onun sözlərinə görə, Şuşada bu günə kimi 16 abidə tam bərpa olunub: “Eyni zamanda, bir neçə abidə üzrə bərpa işləri davam edir. Bizim gözləntilərimiz bundan ibarətdir ki, gələn il bu abidələr şəhər sakinləri, həmçinin qonaqlar üçün açıq olsun”.
Naxçıvanda Milli Musiqi Günü qeyd olunub
Növbəti “KOB Fest” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək
Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinkasının növbəti dayanacağı Qəbələ olub VİDEO
Biləsuvarda baş verən qəzada 4 nəfər xəsarət alıb - YENİLƏNİB