×
A
A
A
Sazlamalar

Azərbaycanın müdafiə naziri "EDEX 2023" sərgisində müxtəlif ölkələrin şirkətlərinin məhsulları ilə tanış olub

Bakı, 4 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Misir Ərəb Respublikasına səfəri davam edir.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “EDEX 2023” beynəlxalq müdafiə sərgisində iştirak edən general-polkovnik Z.Həsənov İtaliya Respublikasının “Leonardo” şirkətinin, eləcə də Misirin “ARMADA” və “AOI” şirkətlərinin stendlərində təqdim edilən müasir silah və döyüş texnikası nümunələrini maraqla izləyib.
Sərgidə müxtəlif ölkələrin şirkətləri istehsal etdikləri hərbi təyinatlı məhsullar barədə ziyarətçilərə ətraflı məlumatlar veriblər.

Ordu 2023-12-04 18:41:00