MN: Erməni tərəfinin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik
Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Ordusunun bölmələri tərəfindən dekabrın 4-ü saat 14:35 radələrində Ermənistan silahlı qüvvələrinin Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun ölməsi barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik.
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Ulu Öndərin 102 illiyi Azərbaycan Ordusunda ehtiramla anılıb
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Sumqayıtda 50-dən çox hərbi qulluqçuya mənzillərin sənədləri və açarları təqdim olunub VİDEO