×
A
A
A
Sazlamalar

Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 20 yoluxma faktı qeydə alınıb

Bakı, 4 dekabr, AZƏRTAC

Noyabrın 27-dən dekabrın 3-nədək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 20 yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, ötən həftə analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 834 min 172 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 823 min 758 nəfər müalicə olunaraq sağalıb, 10 min 376 nəfər vəfat edib. Aktiv xəstə sayı 38 nəfərdir.
Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 612, bu günə qədər isə ümumilikdə 7 milyon 718 min 479 test icra olunub.

Cəmiyyət 2023-12-04 18:01:00