×
A
A
A
Sazlamalar

Hafiz Səfixanov: Azərbaycan mina probleminin öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər edib

Bakı, 4 dekabr, AZƏRTAC

“Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə bizim təşkilatın LİNK Avropa Təşkilatı ilə birlikdə hazırladığı “Mina qurbanları ilə həmrəylik” adlı tədbir keçirdik. Bu da təsadüfi deyildi. Çünki dekabrın 3-4-də minaların qadağan olunmasını nəzərdə tutan BMT Konvensiyasının imzalandığı gündür. Azərbaycanda mina qurbanlarının sayı durmadan artır və onu nəzərə alaraq biz belə tədbirin keçirilməsi üçün qərar verdik. Tədbirə həm beynəlxalq təşkilatların nümayəndələrini, həm də Avropa İttifaqı ölkələrinin səfirlərini dəvət etdik”.
Bu barədə AZƏRTAC-a “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
“Tədbir iştirakçıları ilə birgə bu məsələləri müzakirə etdik. Mina qurbanları çıxış etdilər, onlara diqqət və qayğı artırılmalıdır. Üzləşdiyimiz mina probleminin nə qədər böyük və mürəkkəb olmasına baxmayaraq, ölkəmiz qısa müddətdə bunun öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər edib. Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır. Humanitar minatəmizləmə fəaliyyəti üçün mövcud potensialın mərhələli şəkildə artırılması nəzərdə tutulub”, - deyə Hafiz Səfixanov vurğulayıb.

Cəmiyyət 2023-12-04 17:58:00