Bakıda və Sumqayıtda toz hissəcikləri normadan yüksək olub
Bakı, 4 dekabr, AZƏRTAC
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.6, dəm qazı 1.3, azot-4 oksid 1.1, Sumqayıt şəhərində dispers toz hissəcikləri 1.3 dəfə normadan yüksək müəyyən edilib.
Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir.
Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.
Bakıda problem yaradan yabanı ağacların götürülməsi asanlaşdırılıb
Azərbaycanda tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir
COP29 Yaşıl Zonasının ilk tərəfdaşları açıqlanıb
Gürcüstanda ali məktəbə qəbul olan azərbaycanlı abituriyentlərin yarıdan çoxu dövlət qrantı qazanıb