×
A
A
A
Sazlamalar

Bakıda Rus gəncləri festivalına start verilib

Bakı, 4 dekabr, AZƏRTAC

Bakıda Rus gəncləri festivalına start verilib. Tədbir Bakıdakı Rus evinin və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən təşkil olunub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, birinci günün zəngin proqramına “Xalqlar dostluğu” minifutbol turniri də daxil idi. Turnir Azərbaycanın müxtəlif təşkilatlarından olan iştirakçıları öz ətrafında toplamışdı.
Final matçında gərgin mübarizə nəticəsində 2 nömrəli Bakı Baza Tibb Kollecinin “GTİB” komandası qalib olub. Təhsil müəssisəsi turnirin əsas mükafatına – Xalqlar dostluğu Kubokuna layiq görülüb. Yarışda ikinci yeri “Peşə Təhsilinin İnkişafı və Məşğulluğa Dəstək” İctimai Birliyinin “Peşə təhsili” komandası, üçüncü yeri isə Azərbaycanın Rus Gəncləri Assosiasiyasının “Səkkizinci” komandası tutub.
İştirakçılara medal, hədiyyə və sertifikatlar təqdim olunub.

Cəmiyyət 2023-12-04 16:40:00