Dekabrın 3-də Bakıda və Abşeron yarımadasında hava çoxillik iqlim göstəricilərindən 7,3 dərəcə yüksək olub
Bakı, 4 dekabr, AZƏRTAC
Son günlər ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunur. Bunun əsas səbəbi cənubdan ölkəmizə daxil olan isti hava dalğasıdır.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov AZƏRTAC-a bildirib ki, dekabrın 3-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyə çataraq, çoxillik iqlim göstəricilərindən 7,3 dərəcə yüksək olub. Mülayim hava şəraiti dekabrın 4-də də müşahidə olunur.
“Dekabrın 5-i səhərdən ölkə ərazisində havanın dəyişəcəyi, Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 15-20 metr/saniyə, arabir 23-28 metr/saniyə, gündüz yarımadanın bəzi yerlərində arabir 30-32 metr/saniyəyədək güclənəcəyi gözlənilir. 6-sı axşamdan 7-si axşamadək isə arabir yağış yağacağı ehtimal olunur. Bu da temperaturun bu günlərlə müqayisədə 3-5 dərəcə enməsinə səbəb olacaq”.
Xidmət rəisinin sözlərinə görə, bölgələrdə arabir güclənən qərb küləyi əsəcək, küləyin sürəti 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 25-30 metr/saniyəyə qədər güclənəcək. Dekabrın 5-i axşamdan 6-sı gündüzədək əsasən şərq rayonlarında, 6-sı axşamdan 7-si axşamadək isə əksər rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.
Əməkdar rəssam Rza Avşarın yaradıcılıq sərgisi açılıb
Göyçayda şəhidlərə həsr edilmiş kitabın təqdimatı keçirilib
İşğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi əsas istiqamətlərdən biridir VİDEO
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
Məzahir Pənahov: Azərbaycanın böyük nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edir