×
A
A
A
Sazlamalar

Sahil Babayev: Bu il Peşələr Festivalında 55 mindən çox gəncə ixtisas seçimində dəstək veririk

Bakı, 4 dekabr, AZƏRTAC

"Məşğulluq hər bir dövlətin inkişafının ana təməlidir. Məşğulluğun iki əsas istiqaməti var. Bir tərəfdən rəqabətədavamlı, dövrün tələblərinə uyğun iş yerlərinin açılması, digər tərəfdən isə Azərbaycan gənclərinin, Azərbaycan insan resurslarının öz bilik, bacarıq və ixtisasını artırmaqdır. Peşələr Festivalı da məhz bu ikinci tərəfin təmin edilməsi üçün təşkil edilir. Festivalda 45 mindən çox şəxs iştirak edib. Bu gün isə 4 mindən çox gənc qeydiyyatdan keçib. Gün ərzində 10 min insana bu xidmətlərin göstərilməsi planlaşdırılır".
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Peşələr Festivalının Bakıda keçirilən yekun tədbirində deyib.
Bu il "Peşələr Festivalı çərçivəsində 55 mindən çox gəncimizlə təmasa keçir, onların ixtisas, peşə seçiminə dəstək veririk. Arzu edirəm ki, gənclərimiz öz bacarıqları, öz istedadları ilə seçilsinlər. Əlbəttə ki, ixtisaslı, bacarıqlı insan resurslarının yetişməsi Azərbaycan dövlətinin gələcəyi, qüdrəti və iqtisadiyyatının çiçəklənməsidir", - deyə nazir bildirib.

Cəmiyyət 2023-12-04 14:05:00