Peşələr Festivalının Bakıda yekun tədbiri olub
Bakı, 4 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə təşkil edilən Peşələr Festivalı başa çatıb.
AZƏRTAC xəbər verir ki, Bakı şəhərində Festivalın yekun tədbiri keçirilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin deputatları, universitet rektorları və digər şəxslər iştirak ediblər.
S.Babayev yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində Festivalın rolunu yüksək qiymətləndirib. O, “Peşəni peşəkardan soruş” devizi ilə bu dəfə də ölkənin 10 rayon və şəhərində keçirilən bu festivalda iştirakçıların peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənmək şansı qazandıqlarını qeyd edib.
Nazir festivala qatılan yeniyetmə və gənclərin gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağı barədə məlumatla, peşələrlə əyani şəkildə tanış olmaq imkanı qazandıqlarını deyib.
F.Qayıbov gənclərin əmək bazarına çıxışının dəstəklənməsində belə tədbirlərin əhəmiyyətini vurğulayıb.
Bakıda keçirilən Pre-COP29 konfransına yekun vurulub
IDEA İctimai Birliyi “PASHA Qrupu”nun dəstəyi ilə növbəti təmizlik aksiyası təşkil edib
Azərbaycan bir neçə ərazidən heyvandarlıq və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyub
Bakıda Pre-COP29 çərçivəsində iqlim fəaliyyətində insan inkişafının rolu üzrə mühüm tədbir keçirilib
COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionunda ərazi bölgüsünün necə aparıldığı açıqlanıb