×
A
A
A
Sazlamalar

Meksika səfiri Azərbaycandan ölkəsinə səfər edən şəxslərə məsləhətlər verib

Bakı, 4 dekabr, AZƏRTAC

Meksikalı turistləri Azərbaycanla bağlı bir çox məsələlər cəlb edir. Onlardan biri də Formula 1 yarışlarıdır. Hər il bu yarışlar keçirilən zaman Meksikadan Azərbaycana turist axını müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Meksikanın Azərbaycandakı səfiri xanım Viktoriya Romero keçirdiyi mətbuat konfransında bildirib.
“Turistlər Mexiko-İstanbul marşrutuna böyük maraq göstərirlər. Meksikadan Azərbaycana təxminən ildə 600 nəfər gəlir. Ancaq bu rəqəmlər dəyişə bilir. Çünki məqsəd təkcə turist kimi gəlmək deyil. Onlar Azərbaycan ərazisindən tranzit məqsədlə də istifadə edə bilərlər”, - deyə xanım səfir qeyd edib.
V.Romero Azərbaycandan Meksikaya səfər edən turistlərə də məsləhət verərək deyib: “Məsləhətimiz odur ki, planlarını əvvəlcədən qursunlar. Çünki Meksika uzaq ölkədir və oraya planlı şəkildə səyahət etmək lazımdır”.

Cəmiyyət 2023-12-04 13:06:00