×
A
A
A
Sazlamalar

Sumqayıt Tibb Mərkəzində ikigünlük körpə üzərində əməliyyat uğurla icra olunub

Bakı, 4 dekabr, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə Quba Rayon Mərkəzi Xəstəxanasından təxliyə olunan yenidoğulmuş körpə əməliyyat olunub.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat zamanı ikigünlük körpənin qarın nahiyəsində olan 10x15 santimetrlik ölçüdə kistik törəmə tam şəkildə çıxarılıb. Törəmənin yumurtalıqdan qaynaqlandığı izlənib.
Cərrahi əməliyyat cərrah Araz Hüseynovun rəhbərliyi, anestezioloq-reanimatoloq Yelmar Süleymanovun iştirakı ilə icra edilib.
Əməliyyat uğurla başa çatıb və yenidoğulmuş iki gün sonra evə yazılıb.
Qeyd edilib ki, Perinatal Mərkəzdə neonatal cərrahiyyə inkişaf etdirilir və son bir ayda 13 əməliyyat həyata keçirilib.

Cəmiyyət 2023-12-04 12:20:00