“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də
Bakı, 4 dekabr, AZƏRTAC
Ölkəmizdə səfərdə olan “Amazon” şirkətinin sabiq vitse-prezidenti Paul Misener “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qurumun sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verib.
Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.
Qonaq “ASAN xidmət” konsepsiyası, eləcə də Dövlət Agentliyi tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən fəaliyyətin onda yüksək təəssürat yaratdığını bildirib.
Görüş zamanı xidmətlərin göstərilməsi zamanı ən son innovasiya və texnologiyaların tətbiqi, dövlət xidmətlərinin gələcəyi ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Həmçinin qonaq “Bilim Bakı” mərkəzi, “ASAN İnnovativ İnkişaf Mərkəzi”, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “ABAD”ın fəaliyyəti ilə tanış olub.
Pit Evans: Dünyada beynəlxalq humanitar hüququn tətbiqi və ona riayətlə bağlı çətinlikləri görürük
Sumqayıtda polietilen istehsalı sexində yanğın olub VİDEO
Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Bakıda Pre-COP29 konfransı başlayıb YENİLƏNİB 2 VİDEO
Qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbirləri gücləndirilib