×
A
A
A
Sazlamalar

İƏT-in Baş katibi üzv dövlətləri əlillərin cəmiyyətə daha fəal inteqrasiyasına çağırıb

Bakı, 4 dekabr, AZƏRTAC

Beynəlxalq ictimaiyyət Birləşmiş Millətlər Təşkilatının qətnaməsinə əsasən, sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların problemlərinin həlli və cəmiyyətdə ictimai maraqların artırılması istiqamətində səyləri gücləndirmək, bu məsələlərlə bağlı maarifləndirmə məqsədi daşıyan 1992-ci ildən bəri hər il dekabrın 3-də qeyd olunan Beynəlxalq Əlillər Gününü qeyd edib.
AZƏRTAC İslam Əməkdaşlıq Təşkilati Baş Katibliyinin mətbuat üçün açıqlamasına istinadla xəbər verir ki, bu münasibətlə İƏT-in Baş katibi Hissein Brahim Taha üzv dövlətləri, təşkilatın müvafiq institutlarını, beynəlxalq və qeyri-hökumət təşkilatlarını Azərbaycanda qəbul edilmiş qətnamələri və siyasətləri həyata keçirməklə əlillər üçün sosial ədalətə nail olmaq üçün səylərini gücləndirməyə çağırıb. O qeyd edib ki, təşkilat bu baxımdan əlilliyi olan şəxslərə dəstək proqramları hazırlayır və onların öz cəmiyyətlərinə inteqrasiyasını asanlaşdırmaq üçün maarifləndirmə tədbirlərini gücləndirir.
2023-cü ilin iyununda Misir Ərəb Respublikasında keçirilən İƏT-in sosial inkişaf nazirlərinin konfransında əlillərin problemlərini dəstəkləyən qətnamələr qəbul edilib. Bu qətnamələr üzv dövlətləri sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası və reabilitasiyası üzrə təcrübə mübadiləsinə təşviq edib.
Baş katib, həmçinin diqqəti Fələstin xalqının və onların arasında olan əlillərin, xüsusən də günahsız uşaqların, qadınların, qocaların qətlə yetirilməsinə, habelə dağıntılar nəticəsində səhiyyə, mədəniyyət, idman və xidmət infrastrukturunda yaranan ağır humanitar vəziyyətə çəkib.

 

Cəmiyyət 2023-12-04 10:29:00