ANAMA-nın nümayəndəsi: Azad olunmuş ərazilərdə 148 min hektara yaxın sahə yüksək səviyyədə çirklənib
Bakı, 4 dekabr, AZƏRTAC
Azad olunmuş ərazilərdə 147 min 988 hektar sahə minalarla və partlamamış hərbi sursatlarla yüksək səviyyədə, 675 min 570 hektar sahə isə orta səviyyədə çirklənib. Tapılan partlayıcı qurğular arasında 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar da var. Bunlar da qanunsuz erməni birləşmələri tərəfindən ərazimizə daşınıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının hüquqlarının müdafiəsi” mövzusunda keçirilən dəyirmi masada deyib.
O bildirib ki, yaşayış məntəqələri, həmçinin sökülərək daşınıb. Ərazilərimizdə minalarla yanaşı, sürpriz tələlərdən, partlayıcı qurğulardan da istifadə olunub. Əksər tələlər isə sadə vətəndaşlara qarşı qurulub.
Həkim-fizioterapevt: Fiziki aktiv uşaqlar bütün sahələrdə daha yüksək nəticələr əldə edir
Xankəndi Şəhər Prokurorluğunun ilk qadın müstəntiqi: Böyük fəxarət hissi keçirirəm
Polis Nərimanovda əməliyyat keçirib, 11 kiloqram narkotik vasitə və 9 odlu silah aşkarlanıb VİDEO
Ali Məhkəmə məhkum tərəfindən vurulmuş ziyanın ödənilməsinə dair mühüm qərar qəbul edib