×
A
A
A
Sazlamalar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Bakı, 4 dekabr, AZƏRTAC

Dekabrın 2-3-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 98, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 26 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.



Cəmiyyət 2023-12-04 09:30:00