Azərbaycanın energetika naziri COP28 çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirak edəcək
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycanın energetika naziri Pərviz Şahbazov COP28-in Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üzrə Baş İcraçı Direktoru Adnan Z.Aminin dəvəti ilə bu ölkəyə səfər edib.
Energetika Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 4-5-də BƏƏ-nin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində keçiriləcək “Bərpaolunan enerji və Enerji səmərəliliyi Nazirləri”nin dəyirmi masasında, eyni zamanda, Azərbaycan pavilyonunda təşkil ediləcək ölkəmizdə yaşıl enerji sahəsində investisiya imkanlarına həsr olunan tədbirdə iştirak edəcək.
Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Azərbaycan və Ukrayna sahibkarları arasında əməkdaşlıq imkanları müzakirə edilib
Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək
Gürcüstan-Azərbaycan sərhədində gömrük orqanına bəyan olunmayan dərman preparatları aşkar edilib