×
A
A
A
Sazlamalar

Bəzi dağlıq rayonlarda dumana görə yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bakı, 3 dekabr, AZƏRTAC

Bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, dekabrın 4-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimal olunur.

Cəmiyyət 2023-12-03 14:09:00