“Times of Israel”: İsrail əməliyyatdan sonra Qəzzaya qoşun yeritməyəcək
Bakı, 3 dekabr, AZƏRTAC
Qəzza zolağında quru əməliyyatı başa çatdıqdan sonra İsrail Müdafiə Qüvvələri oraya qoşun yerləşdirməyi planlaşdırmır və sərhədə yaxın bufer zona yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti adı açıqlanmayan İsrail rəsmisinə istinadla məlumat yayıb.
“Hərbi rəhbərlik Qəzza zolağı ilə sərhəddə müəyyən təhlükəsizlik bufer zonasının yaradılmasını müzakirə edir ki, HƏMAS hərbi qüvvələri onun yaxınlığında cəmləşə bilməsin. Bu, siyasi addım deyil, təhlükəsizlik tədbiridir. Biz Qəzza zolağından sərhədə bitişik ərazidə qalmağı planlaşdırmırıq”, - deyə nəşr onun sözlərini sitat gətirib.
Nəşrin məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu səfəri zamanı bu planlarını ABŞ Dövlət katibi Antoni Blinkenlə bölüşüb.
Xəzər dənizinin qırmızı rəngə boyanmasının səbəbi açıqlanıb
Gənc musiqiçi Olli 75-ci “Sanremo” festivalının qalibi olub
Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb