Paraqvaylı deputat təyyarə qəzasında həlak olub
Bakı, 3 dekabr, AZƏRTAC
Paraqvayın şərqində kiçik təyyarənin qəzaya uğraması nəticəsində parlamentin deputatı da daxil olmaqla 4 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə qanunverici orqanın aşağı palatası məlumat yayıb.
“Dekabrın 2-də deputat Valter Armes San Pedro departamentinin Quayaibi rayonunda təyyarə qəzası nəticəsində həlak olub. Hadisə nəticəsində deputatın qardaşı da daxil olmaqla daha 3 nəfər həlak olub”, - deyə məlumatda bildirilir.
Həmçinin bildirib ki, deputatın ölümü ilə əlaqədar Konqresdə üç günlük matəm elan edilib.
“Ultima Hora” qəzetinin məlumatına görə, təyyarə havaya qalxarkən ağaca dəyib.
Gürcüstan hava limanlarında rekord sayda sərnişin və uçuş qeydə alınıb
Cənubi Koreyada zəncirvari qəzalarda 100-dək avtomobil əzilib
Burkina-Fasonun Prezidenti Makronu ittiham edib