Filippin universitetində baş verən partlayışda 3 nəfər ölüb, 40-dan çox yaralı var
Bakı, 3 dekabr, AZƏRTAC
Filippinin cənubundakı Maravi şəhərindəki Mindanao Universitetində baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 40-dan çox insan yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “ABS-CBN News” məlumat yayıb.
Partlayış katolik dini mərasimi zamanı baş verib. “Mindanao Universitetinin kollektivi bu səhər dini toplantı zamanı baş verən zorakılıq aktından dərin kədər və sarsıntı keçirir. Biz bu mənasız və dəhşətli hərəkəti ən kəskin şəkildə pisləyir, qurbanlara və qurbanların ailələrinə səmimi başsağlığı veririk. Biz bu faciədən zərərçəkənlərə yardım göstərməyi öz öhdəmizə götürürük”, - deyə universitetdən bildirilib.
Universitet rəhbərliyi növbəti xəbərdarlığa qədər dərsləri dayandırıb və kampusu qorumaq üçün əlavə təhlükəsizlik işçiləri yerləşdirib.
Nazir: Son 22 ildə Türkiyənin nəqliyyat infrastrukturuna 277 milyard dollar sərmayə qoyulub
Sorğu: Amerikalıların əksəriyyəti Ukraynadan sülh danışıqları istəyir
Aİ-nin yeni sanksiyalarından sonra İrandan Avropaya təyyarə uçmayacaq