Nizami rayonunda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb - YENİLƏNİB-2
Bakı, 3 dekabr, AZƏRTAC
Paytaxtın Nizami rayonu ərazisində baş verən qətl hadisəsi ilə bağlı aparılan araşdırmalarla 1980-ci il təvəllüdlü Həsən Həsrətovun aralarında yaranmış mübahisə zamanı qohumu Rasim Zamanova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Nizami rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həsən Həsrətov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
06:48
Cinayət əməlini törətməkdə şübhəli bilinən R.Zamanovun qayını, 1980-ci il təvəllüdlü Həsrətov Həsən Məmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətindən bildirilib.
01:03
Dekabrın 2-də saat 23:45 radələrində Nizami rayonu Qara Qarayev prospektində 1978-ci il təvəllüdlü Zamanov Rasim Fəxrəddin oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
Avropa Günü münasibətilə “EuroVillage 2025” tədbiri keçirilib VİDEO
Şəhid əsgər Nail Mahmudovun xatirəsi anılıb
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Ramanada sursat aşkar edilib VİDEO
“Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsi keçirilib