Asiya Akademiyaları Birliyi ilə əməkdaşlıq genişlənir
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Ankarada Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Birliyinin prezidenti, professor Əhməd Nuri Yurdusev ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə AMEA-nın 2024-cü ildə qarşılıqlı əməkdaşlığı ilə əlaqədar məsələlər müzakirə olunub.
Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Birliyinin prezidenti, professor Əhməd Nuri Yurdusev Azərbaycan Milli Elmlər Akademiyasının Asiyanın elmi qurumları ilə əlaqələrinin genişlənməkdə davam etdiyini bildirib.
Görüşdə AMEA-nın 2024-cü ildə Malayziya və Sinqapur akademiyaları ilə əlaqələrin qurulmasına dair fikir mübadiləsi aparılıb.
“BDU könüllüləri” təşkilatı tələbələrin inkişafı üçün əlverişli platformaya çevrilib
Azərbaycan Qazaxıstanda keçirilən beynəlxalq fənn olimpiadasında iştirak edir
UFAZ-da keçirilən “Yaşıl kimya” hakatonunun qalibləri müəyyənləşib
BDU-da “Konstitusiya və Suverenlik İli” ilə bağlı kitab sərgisi təşkil olunub
Dövlət orqanlarında 82 vakant vəzifə üzrə daxili müsahibə elan olunub