Ölkəmizdə Qazaxıstan mədəniyyəti günləri keçirilir
Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri başlanıb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, dekabrın 4-dək davam edəcək mədəniyyət günlərinin maraqlı proqramı var.
Mədəniyyət günləri çərçivəsində dekabrın 2-də Beynəlxalq Muğam Mərkəzində Qazaxıstanın “Hassak” etno-folklor ansamblının solo konserti keçirilir.
Dekabrın 3-də Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı "Qaragöz" tamaşası ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edəcək.
Dekabrın 4-də Heydər Əliyev Mərkəzində Qazaxıstan təsviri sənət sərgisi açılacaq.
Həmin gün Heydər Əliyev Mərkəzində dost ölkənin incəsənət ustalarının qala-konserti keçiriləcək.
Azərbaycan Beynəlxalq Antalya Yörük Türkmən Festivalında geniş heyətlə təmsil olunub
Mərakeş-Azərbaycan mədəni əlaqələri iki ölkə arasındakı münasibətlərin güclənməsinə təsir edəcək
Gənc muğam ifaçısı: Məqsədim Azərbaycanın gözəl incisi olan muğamı dünyada təbliğ etməkdir
Türk dünyasının gənc yazarlarının Bakı forumu keçiriləcək
Özbəkistan mətbuatında Azərbaycan-Özbəkistan əlaqələrinə həsr edilmiş məqalə dərc edilib