×
A
A
A
Sazlamalar

UNEC ilə CFA arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türkiyənin CFA İnstitutu filialının prezidenti Alper Alkan və icraçı direktoru İlke Homrişlə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a UNEC-dən bildirilib. Görüşdə CFA ilə UNEC arasında əməkdaşlıq perspektivləri müzakirə edilib və müvafiq razılaşmalar əldə olunub.
Qeyd edək ki, UNEC 2018-ci ildə CFA akkreditasiyasını qazanıb və institut tərəfindən tərəfdaş universitet kimi qəbul edilib.

Elm və təhsil 2023-12-02 17:08:00