“Euronews” telekanalı Bakıda keçirilən SPECA-nın Zirvə görüşü haqqında reportaj yayımlayıb VİDEO
Budapeşt, 2 dekabr, AZƏRTAC
“Euronews” telekanalının efirində bu günlərdə Bakıda keçirilən SPECA Zirvə görüşü haqqında qısa reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, reportajda qeyd olunub: “Bakı BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün iştirakçılarını qəbul edib. Tədbir əsnasında liderlər regionun çoxprofilli qlobal qovşağa çevrilməsi məsələsini müzakirə ediblər. SPECA bu il özünün 25 illiyini qeyd edir. Yubiley ilində ilk dəfə SPECA-nın iştirakçı dövlətləri liderlərinin iştirakı ilə Zirvə görüşü təşkil edilib. Bakı görüşünün əsas mövzusu regionun planetin qalan hissəsinə qoşulmaq üçün qlobal logistika mərkəzinə transformasiyası olub”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
RF Dövlət Duması Bakıda keçirilən COP29-un yüksək səviyyədə təşkilini qeyd edib
Azərbaycan və İran XİN rəhbərləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər