Budapeştdə Orta Dəhlizlə bağlı seminar təşkil olunub
Budapeşt, 1 dekabr, AZƏRTAC
Dekabrın 1-də Macarıstanın Beynəlxalq Münasibətlər İnstitutunda (HIIA) Beyin Mərkəzlərinin Akademik Dəstəklənməsi üzrə Vışeqrad Proqramı və Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Orta Dəhlizin Vışeqrad qrupuna (V4) təsirinin öyrənilməsi: imkanlar, çağırışlar və siyasətə təsir” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda Şərqi ilə Qərbi birləşdirən Orta Dəhlizin geosiyasi və geoiqtisadi aspektləri, onun reallaşdırılması ilə iqtisadi inkişafın açılmaqda olan yeni üfüqləri üzrə müzakirələr aparılıb.
Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə HIIA-nın rəhbəri Viktor Esterhainin moderatorluğu ilə keçən seminar iştirakçılarını salamlayıb.
Sonra Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun təcrübəçi-tədqiqatçısı, İİTKM yanında Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Ayxan Satıcı məruzə ilə çıxış edib. Tədqiqatçılar Zoltan Egereşi və Peter Pal Kranits Ayxan Satıcının toxunduğu məsələlərlə bağlı fikirlərini bölüşüblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Rumıniyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
Ulu Öndər Heydər Əliyevin xatirəsi Gürcüstanın bölgələrində də anılıb
Azərbaycanın NATO yanındakı nümayəndəliyində Ulu Öndərin anım mərasimi keçirilib
Ulu Öndərin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələridir
Macarıstanda Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib