×
A
A
A
Sazlamalar

Türkiyə təhlükəsizlik qüvvələri İraq və Suriyada 7 terrorçunu zərərsizləşdirib

İstanbul, 1 dekabr, AZƏRTAC

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən İraq və Suriyanın şimalında yeddi terrorçu zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, İraqın şimalındakı “Pəncə-Kilit” əməliyyatı bölgəsində 5 PKK terrorçusu, Suriyanın şimalındakı “Fərat Qalxanı” əməliyyatı bölgəsində isə iki PKK/YPG üzvü məhv edilib.
Həmin bölgələrdə terrorçular tərəfindən türk əsgərlərinə qarşı hücum planlaşdırıldığı müəyyənləşdirilib.
Əməliyyatlarda silahlı pilotsuz uçuş aparatlarından istifadə olunub.

 

Dünya 2023-12-01 15:17:00