Dubayda Ümumdünya İqlim Sammiti başlayıb
Bakı, 1 dekabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransının (COP28) əsas tədbiri olan Ümumdünya İqlim Sammitinin açılış mərasimi başlayıb.
AZƏRTAC xəbər verir ki, sammitin keçirildiyi “Expo City Dubai” sərgi mərkəzində yerləşən “Əl-Vaha” teatrının əsas zalında 140-dan çox ölkənin lideri toplaşıb. Ümumdünya İqlim Sammitinin açılışında Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zaid Əl Nahayyan, Britaniya kralı III Çarlz və BMT-nin Baş katibi Antonio Quterreş çıxış edəcək.
Tədbirdə iştirak edən dövlət və hökumət başçıları iki gün ərzində - dekabrın 1-2-də ekoloji problemlər, ərzaq təhlükəsizliyi, təbii fəlakətlərdən qorunma, yaşıl enerji, maliyyə məsələləri, iqlim dəyişikliyinin nəticələrini aradan qaldırmaq üçün az inkişaf edən ölkələrə dəstəklə bağlı ölkələrinin mövqelərini çatdıracaqlar.
Dekabrın 12-dək davam edəcək COP28 konfransında müxtəlif ölkələrdən 70 mindən çox nümayəndə, o cümlədən iri biznes və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, tədqiqatçılar, ekspertlər və jurnalistlər iştirak edəcəklər.
Çin Tayvanın kənd təsərrüfatı məhsullarına idxal güzəştlərini ləğv edib
Fransada şərab istehsalının azalması proqnozlaşdırılır
Fransanın dənizaşırı ərazilərində vəziyyət ağırlaşıb
Süni intellekt qadınlar arasında işsizliyin artması ilə nəticələnə bilər
Beyin anevrizmasını müalicə edə bilən nanorobotlar hazırlanıb