×
A
A
A
Sazlamalar

Moskvanın “Sadovod” bazarında yanğın baş verib

Moskva, 1 dekabr, AZƏRTAC

Moskvada Azərbaycan əsilli iş adamları Zarax İliyev və Qod Nisanova məxsus “Sadovod” bazarında yanğın olub.
AZƏRTAC xəbər verir ki, dekabrın 1-də səhər saatlarında Moskvada yerləşən “Sadovod” bazarında yanğın başlayıb. Hazırda hadisə nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir.
Alov 150 kvadratmetr əraziyə yayılıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2023-12-01 14:08:00