"Azəristiliktəchizat” rəsmisi Neftçala və Salyan sakinlərini dinləyəcək
Bakı, 1 dekabr, AZƏRTAC
Dekabrın 15-də "Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev Neftçala rayonunda Neftçala və Salyan sakinlərini dinləyəcək.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.
Qəbul Neftçala rayonu, Heydər Əliyev mərkəzində keçiriləcək.
Məlumat və əlaqə üçün: (+994 77) 419 00 71; (+994 77) 418 00 18
E-mail: [email protected]
Sabirabadda yol qəzası baş verib, xəsarət alan var
Polşalı musiqiçilər “Qış nağılı” festivalında
Xıdır Nəbi bayramının özünəməxsus şəkildə qeyd olunduğu kənddən REPORTAJ VİDEO