×
A
A
A
Sazlamalar

Famil Məmmədov: Cari il ərzində ölkədə İİV-ə yoluxan 710 nəfərin müalicəsinə başlanılıb

Bakı, 1 dekabr, AZƏRTAC

“Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 8 min 596 İİV-lə yaşayan insan cəlb olunub”.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş konfransda Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.
O qeyd edib ki, İİV-ə yoluxan şəxslərdən 710 nəfərinə müalicə cari il ərzində başlanılıb: “Əhali, xüsusilə də gənclər arasında İİV/QİÇS-lə mübarizə istiqamətində həyata keçirilən təbliğat və maarifləndirmə işləri Respublika QİÇS-lə Mübarizə Mərkəzinin daim diqqət mərkəzindədir.
Mərkəzin təşəbbüsü ilə mərkəz və regional laboratoriyalarının tibb işçilərinin bacarıq və qabiliyyətlərinin artırılması məqsədilə silsilə təlimlər keçirilib”.



 

Cəmiyyət 2023-12-01 11:28:00